Mədəni irsin qorunması münasibətlərin inkişafına töhfə verir

Mədəni irsin qorunması münasibətlərin inkişafına töhfə verir
 

Link: https://azertag.az/

Mədəni irsin qorunması münasibətlərin inkişafına töhfə verir.

AZƏRTAC xəbər verir ki, bunu UNESCO Baş Konfransının prezidenti Simona-Mirela Miçulesku Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransına videomüraciəti zamanı deyib.

Videomüraciətdə qeyd edilib ki, mədəni irsin qorunması davamlı və çoxtərəfli inkişafa, həmçinin ölkələr arasındakı münasibətlərin inkişafına töhfə verir: “Müvafiq standartlar üzv dövlətlər tərəfindən qəbul edilib. Bütün bunlar isə mədəni irsimizin qorunmasına hesablanıb və bu istiqamətdə səyləriniz də təqdirəlayiqdir. Biz anlamalıyıq ki, qlobal mədəni maraqlara xidmət edirik və gələcəyimizi bunun əsasında qurmalıyıq. Biz bunları həm də öz gələcəyimizi qurmaq üçün etməliyik. Sözügedən sahələrdəki əməkdaşlıq həm də inklüziv inkişafımız üçün faydalı olacaq”.

Xatırladaq ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.