Həsən Həsənov: Ulu Öndərin və Türkiyə Cümhuriyyətinin yüzilliyinin qeyd olunması Türk dünyası üçün əlamətdardır
2023-04-07Link: https://azertag.az/
Bu gün TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası keçirilir. Bu iclasın bir neçə əhəmiyyəti var.
Bunu AZƏRTAC –a müsahibəsində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ilk sədri Həsən Həsənov bu gün ADA Universitetində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında deyib.
Bu il həm Ulu Öndər Heydər Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin yüzilliyinin qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirən Həsən Həsənov vurğulayıb ki, bu tədbirlər Türk dünyasının bu günü və sabahı üçün də tarixi hadisələrdir.
“Bu gün TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürülüb. Bu da Azərbaycana daha da təşəbbüskar olması üçün əlavə imkanlar yaradır”, - deyə Həsən Həsənov bildirib.