Emil Əhmədov: Ermənistan işğal dövründə Azərbaycanın yüzlərlə tarixi, mədəni irsini yox etmək istəyib
2023-10-23Link: https://azertag.az/
Ermənistan işğal dövründə Azərbaycanın yüzlərlə tarixi, mədəni irsini yox etmək istəyib. Bu, mədəni genosiddir.
AZƏRTAC xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci katibi Emil Əhmədov Bakıda keçirilən İpək Yolu Volqa-Xəzər dəhlizi Birinci İllik Sub-regional Konfransında çıxışı zamanı deyib.
Sözügedən abidələrin bəzilərinin tamamilə dağıdıldığını, bəzilərinin isə ciddi zərər gördüyünü deyən E.Əhmədov Azərbaycanın mənşəyindən asılı olmayaraq, bütün obyektlərin qorunması üçün çalışdığını diqqətə çatdırıb.