Dövlət Məşğulluq Agentliyi UNESCO-UNEVOC təşkilatının üzvü seçilib

Dövlət Məşğulluq Agentliyi UNESCO-UNEVOC təşkilatının üzvü seçilib
 

Link: https://azertag.az/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi UNESCO-UNEVOC təşkilatının üzvü seçilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təşkilat 2027-ci ilin sonunadək agentliyin peşə hazırlığı istiqamətində fəaliyyət göstərən dövlət və özəl qurumlar ilə əməkdaşlığına və beynəlxalq təcrübəni öyrənməsinə dəstək verəcək.

UNESCO tərəfindən texniki, peşə təhsili və təlimi üçün təsis edilən UNESCO-UNEVOC Beynəlxalq Texniki və Peşə Təhsili və Təlim Mərkəzi üzv dövlətlərə öz sistemlərini gücləndirməyə və təkmilləşdirməyə dəstək verir.

UNESCO-UNEVOC xüsusilə gənclər, qadınlar və həssas qruplardan olan digər şəxslər üçün münasib iş imkanları, innovativ layihələr, potensialın gücləndirilməsi proqramları təklif edir. Dünya üzrə 250-dən çox mərkəzlə inkişafa nail olmaq istiqamətində fəaliyyət göstərir.