Beynəlxalq şəbəkədə BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası haqqında məlumat yerləşdirilib

Beynəlxalq şəbəkədə BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası haqqında məlumat yerləşdirilib
 

Link: https://azertag.az/

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən UNESCO kafedraları arasında əlaqələri intensivləşdirmək üçün yaradılmış Kommunikasiya üzrə UNESCO kafedraları şəbəkəsinin (ORBİCOM) saytında (www.orbicom.ca) Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası haqqında da məlumat yerləşdirilib.

Saytın “Kafedralar” (Chaires) bölməsində Avropa regionu üzrə kafedralar haqqında ümumi məlumat, “Nəşrlər” (Piblications) bölməsində isə 2022-ci ilin avqust ayında dərc edilmiş bülletendə (Orbi-Info Bulletin of August 2022 (No. 2022-04, Aug. 2022) geniş məlumat əks olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

ORBİCOM – informasiya mübadiləsini və ortaq layihələrin inkişafını təmin etmək məqsədilə akademik, media, korporativ və hökumət dairələrindən kommunikasiya liderlərini birləşdirən beynəlxalq şəbəkədir.

Qeyd edək ki, BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası 2022-ci ilin əvvəllərində kafedra haqqında məlumatları və kafedranın hesabatını ORBİCOM-un Baş katibliyinə göndərib, kafedranın fəaliyyəti müsbət qiymətləndirilərək, bu məlumatlar cari ilin avqust ayında “Orbi Info” bülletenində çap edilib və şəbəkə üzrə yayımlanıb. Artıq kafedranın fəaliyyəti dünyanın bütün regionlarında izlənilir, bu da beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanlar yaradır.