Azərbaycanın nümayəndəsi UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçilib

Azərbaycanın nümayəndəsi UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçilib
 

Link: https://azertag.az/

UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində qurumun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçkilər keçirilib.

AZƏRTAC xəbər verir ki, seçkilərdə Azərbaycanın namizədi Ruhiyyə İsayeva İcraiyyə Şurasının üzvlərinin səsinin mütləq əksəriyyətini toplayaraq, qurumun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçilib. Beləliklə Azərbaycan ilk dəfə UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri seçilir.

Qeyd edək ki, UNESCO-nun Apellyasiya Şurası qurumun İşçi Qaydaları çərçivəsində işçi heyətin inzibati qərara və ya intizam tənbehi tədbirinə qarşı verdiyi şikayətlər üzrə tövsiyə vermək üçün Baş direktor tərəfindən yaradılmış inzibati orqandır.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris