Aydın Kərimov: Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb
2023-04-08![Aydın Kərimov: Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb](https://www.unesco.az/storage/uploads/rich_text/UT9ZFJA4SKsPs4W31681062612_730x530.jpg)
Link: https://azertag.az/
Şuşa şəhəri işğal dövründə, 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdır. İşğaldan azad edildikdən sonra Şuşada Prezident İlham Əliyevin tapşırığı ilə bərpa-qurucu işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.
Aydın Kərimov bildirib ki, Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb. Şuşa işğaldan azad edildikdən sonra tarixi abidələrin bərpası istiqəmətində də işlər aparılır.
“Artıq 10-a yaxın abidə bərpa edilib. Yaxın aylarda da bir neçə abidənin bərpası tamamlanacaq. Bu işlər davamlı olaraq aparılacaq. Biz Şuşanın tarixi-mədəni irsinin qorunmasını təmin edəcəyik”, – deyə Aydın Kərimov bildirib.