Odre Azule Beynəlxalq Ana Dili Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib
2018-02-20

UNESCO-nun baş direktoru Odre Azule Beynəlxalq Ana Dili Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.


Odre Azule müraciətində Beynəlxalq Ana Dili Gününün UNESCO-ya dillərin qorunmasına sadiq olduğunu və təbliğini xatırlatmağa imkan verdiyini bildirir. Qeyd edir ki, dil təkcə kommunikasiya vasitəsi deyil, həm də bəşəriyyətin mövcudluğunun vacib şərtidir. Dildə xalqın dəyərləri, özünəməxsusluğu möhkəmlənib. İnsanlar dil vasitəsilə öz təcrübələrini, ənənələrini və biliklərini ötürürlər. Dillərin müxtəlifliyi cəmiyyətin təxəyyülünün və həyat tərzinin zənginliyini əks etdirir. Bəşəriyyətin qeyri-maddi irsinin bu vacib komponentini qoruyub saxlamaq və inkişaf etdirmək üçün UNESCO uzun illərdir fəal iş aparır.


Müraciətdə vurğulanır ki, ana dili insanın cəmiyyətdə, habelə dünya səviyyəsində formalaşmasında mühüm şərtdir. UNESCO çoxdilli ölkələrin siyasətini, ana dilinin əhəmiyyətini dəstəkləyir. Təşkilat məktəbdə təhsilin bu dildə aparılmasını tövsiyə edir, həmçinin ana dilindən ictimai məkanda, xüsusən internetdə istifadə olunmasını dəstəkləyir.


Müraciətin geniş mətni ilə UNESCO-nun saytında tanış olmaq mümkündür.  https://en.unesco.org/international-days/international- mother-language- day
Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO-nun baş konfransında elan olunub və hər il mədəni müxtəlifliyi, o cümlədən çoxdilliliyi təbliğ etmək üçün keçirilir.


https://azertag.az/xeber/Odre_Azule_Beynelxalq_Ana_Dili_Gunu_ile_elaqedar_ictimaiyyete_muraciet_edib-1138324