YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin rəhbərlik etdikləri qurumlarda YUNESKO məsələlərinə cavabdeh olan şəxslərin iştirakı ilə iclas keçirilib
2018-02-08

7 fevral tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin rəhbərlik etdikləri qurumlarda YUNESKO məsələlərinə cavabdeh olan şəxslərin iştirakı ilə iclas keçirilib.


İclasın məqsədi işçi səviyyədə Milli Komissiyanın qarşısında duran məsələlərin və gələcək fəaliyyət planının müzakirə edilməsi, eləcə də aidiyyəti qurumlar arasında daha sıx əlaqələndirmənin təmin edilməsi ilə bağlı fikir mübadiləsinin aparılması oldu.


İclası giriş nitqi ilə açan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov, ölkəmiz ilə YUNESKO arasında mövcud olan sıx əlaqələrdən bəhs edərək, bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd etdi. Baş katib vurğuladı ki, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və YUNESKO ideyalarının təbliği istiqamətində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilmişdir.


2017-ci ildə ölkəmizin YUNESKO-ya üzvlüyünün 25 illiyini qeyd etdiyini diqqətə çatdıran E.Sultanov, Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğuladı və gündəmdə duran cari məsələlər haqqında məlumat verdi.


Daha sonra, ölkəmiz ilə YUNESKO arasında mədəniyyət, elm, təhsil, informasiya, multikulturalizm, gender bərabərliyi və digər sahələr üzrə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı, bir sıra yeni təkliflər irəli sürüldü və qurumlararası koordinasiyanın möhkəmləndirilməsinin vacibliyi vurğulandı.

 

http://mfa.gov.az/news/909/5458