“Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfrans keçirildi.
2016-12-28

28 dekabr tarixində Bakıda Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25 illiyinə və Azərbaycan Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunmuş “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfrans keçirilib.

Tədbir YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili tərəfindən təşkil olunmuşdur.

Konfransda Ombudsman Elmira Süleymanova, Baş nazirin müavini Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiya Federasiyasının İnsan hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və digər rəsmi şəxslər iştirak və çıxış etmişlər.

Digər xəbərlər
123