YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına tərəf dövlətlərin Baş Assambleyasının 6-ci sessiyası keçirildi
2016-06-02

 

2016-cı ilin 30 may – 2 iyun tarixlərində Fransanın Paris şəhərində YUNESKO- nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına tərəf dövlətlərin Baş Assambleyasının 6-ci sessiyası keçirilmişdir. 

Azərbaycandan Xarici İşlər Nazirliyinin YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təmsil olunduğu nümayəndə heyəti də konfransda iştirak etmişdir.

Sessiyada Konvensiyanın Katibliyinin 2 il ərzində fəaliyyətinə dair hesabat dinlənilmiş, YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına təqdim edilmiş nominasiyalarla bağlı prosedur qaydaları nəzərdən keçirilmiş, eləcə də Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəyə yeni üzvlər seçilmişdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə təşkilatın Bioetika bölməsinin rəhbəri Dafna Feinholz və həmçinin, YUNESKO-nun baş direktorunun Xarici Əlaqələr və İctimai İnformasiya üzrə müavini Erik Falt arasında görüş keçirilmişdir. 

 

Digər xəbərlər
12