UNESCO gəncləri fotomüsabiqədə iştiraka dəvət edir
2018-06-17

UNESCO-nun gənclər proqramına və “Mədəniyyətlərin yaxınlaşması naminə Beynəlxalq Onillik” layihəsinə uyğun olaraq, İpək Yolu üzərində ümumi mədəni irs mövzusu üzrə vizual tədqiqat və maarifləndirici xarakterli “İpək Yolu gənclərin gözü ilə” adlı fotomüsabiqə keçirilir.


Fotomüsabiqənin əsas məqsədi İpək Yolu üzərində yerləşən ölkələrin gəncləri arasında qarşılıqlı anlaşmanı və sülhü təşviq etməklə birgə mədəni irsi daha yaxşı anlamağa motivasiya vermək, fotoqrafiyadan alət kimi istifadə edərək İpək Yolu ölkələrinin tarixi töhfələrini diqqətə çatdırmaqdır.


Aprelin 11-dən iyulun 15-dək keçirilən müsabiqədə iki yaş kateqoriyası üzrə – 14 yaşdan 17 yaşadək və 18 yaşdan 25 yaşadək gənclər iştirak edə bilərlər.
Sonda qaliblərin sərgiləri təşkil olunacaq. Müsabiqənin ruhunu əks etdirən 50 fotodan ibarət sərgi əvvəlcə UNESCO-nun baş qərargahında, sonra isə digər ölkələrdə keçiriləcək. Göndərilən müstəsna fotolar professional mediada dərc olunacaq.


https://azertag.az/xeber/UNESCO_gencleri_fotomusabiqede_istiraka_devet_edir-1172907

Digər xəbərlər