YUNЕSKО-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində Azərbaycanla bağlı YUNESKO-da qeyd edilmiş yubiley tədbirləri


1994 - Orxon-Yenisey abidələrinin oxunmasının 100 illik yubileyi;
1996 - Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi;
2000 - Kitabi Dədə Qorqud Dastanının 1300 illik yubileyi;
2001 - Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyi;
2002 - Mirzə Kazımbəyin 200 illik yubileyi;
2005 - Аkаdеmik Yusif Məmmədəliyеvin 100 illik yubileyi;
2006 - Lətif Kərimovun 100 illik yubileyi;
2008 - Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” Operasının ilk tamaşasının 100 illik yubileyi;
2008 - Mir Cəlal Paşayevin 100 illik yubileyi;
2009 - Səttar Bəhlulzadənin 100 illik yubileyi;
2009 - Akademik Musa Əliyevin 100 illik yubileyi;
2013 - Seyid Yəhyə Bakuvinin vəfatının 550-ci ildönümü;
2013 - Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi;
2013 - Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi;
2014 - İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi;
2014 - Əhməd Əl-Bərdəçinin vəfatının 1100 illik yubileyi;
2015 - “Kitabi Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyi (Azərbaycan, Türkiyə, Qazaxstan və Türkmənistanın YUNESKO üzrə Milli Komissiyaları və Daimi Nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə);

2017 - Molla Pənah Vaqifin 300 illik yubileyi;
2017 - Nəsiminin ölümünün 600-cü ildönümü;
2017 - Cənubi Qafqazda alman yaşayış məskənlərinin salınmasının 200 illik yubileyi.
 

2017-ci ilin 30 oktyabr-14 noyabr tarixlərində keçirilmiş YUNESKO Baş konfransının 39-cu sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş 2 yubiley tədbirinin 2018-2019- cu illərdə qeyd olunmasına dair müsbət qərar qəbul edilmişdir:


1. Qara Qarayevin 100 illik yubileyi (1918-2018);
2. Bakı Dövlət Universitetinin 100 illik yubileyi (1919-2019).