Krakovda Ümumdünya İrs Gənc Mütəxəssislər Forumu keçiriləcək

 

25 iyun-4 iyul 2017-ci il tarixlərində Polşa Respublikasının Krakov şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası çərçivəsində “Yaddaş: İtirilmiş və Bərpa Edilmiş İrs” mövzusunda Ümumdünya İrs Gənc Mütəxəssislər Forumu keçiriləcəkdir. Forum Krakov Beynəlxalq Mədəniyyət Mərkəzi və YUNESKO üzrə Polşa Milli Komissiyası tərəfindən təşkil olunur.

 

Bu məqsədlə, ingilis dilini mükəmməl bilən 22-32 yaşlı gənclər Forumda iştirak etməyə dəvət olunurlar. Tədbirdə hər ölkədən 1 namizəd iştirak edəcəkdir. Namizəd seçimi və səfərlə bağlı bütün xərclərin qarşılanması təşkilatçılar tərəfindən həyata keçiriləcəkdir.

 

Tədbirdə iştirak etmək arzulayan gənclər 1 aprel 2017-ci il tarixinədək elektron formatda doldurulmuş qeydiyyat vərəqəsini (http://whc.unesco.org/en/events/1363) tələb olunan digər sənədlərlə birgə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərməlidirlər.