YUNESKO baş direktorlarının Azərbaycana səfərlərinin xronologiyası.

 

5-8 noyabr 1996-cı il - YUNESKO-nun Baş Direktoru Federiko Mayor Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək məqsədilə Bakıya səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və YUNESKO arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Memorandumda Azərbaycana təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi, həmçinin Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.

 

9 aprel 2000-ci il - YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura  Prezident Heydər Əliyevin dəvəti ilə türkdilli ölkələrin dövlət başçılarının "Kitabi-Dədə Qorqud"un 1300 illiyinə həsr edilmiş zirvə görüşündə iştirak etmək məqsədilə ilk dəfə Bakıda səfərdə olmuşdur.

 

24 avqust 2005-ci il - YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura Bakı şəhərində  keçirilmiş “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаnsda iştirak etmiş,  kоnfrаnsın sоnundа YUNЕSKО ilə Аzərbаycаn аrаsındа təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumu imzаlаnmışdır. Səfər çərçivəsində  Prezident sarayında Azərbaycan Respublikası ilə YUNESKO arasında Birgə rəsmi məlumatın imzalanması və YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya Azərbaycanın yüksək dövlət mükafatı olan "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi olmuşdur.

 

14 may 2008-ci il - YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura Heydər Əliyev Fondu və AR Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” konfransında iştirak etmək məqsədilə Bakıda səfərdə olmuşdur. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

 

18-25 mart 2009-cu il - YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Birinci Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində iştirak etmişdir. Səfər çərçivəsində Heydər Əliyev Fondu və YUNESKO arasında Əməkdaşlıq haqqında Saziş imzalanmışdır. İmzalanma mərasimdən sonra baş direktor Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya gümüş xatirə medalı təqdim etmişdir. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Eyni zamanda, K.Matsuura Müasir İncəsənət Muzeyinin açılış mərasimində,Novruz Bayramı münasibətilə İçəri Şəhərin qoşa qala qapıları qarşısında təşkil olunmuş mərasimdə, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının təşkil etdiyi dəyirmi masada  iştirak edərək Milli Komissiyanın üzvləri ilə görüş keçirmişdir.

 

28-31 iyul 2010-cu il -  YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəvətilə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Baş Direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Müasir İncəsənət muzeyi ilə tanış olmuş, Muğam Mərkəzində və YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhərdə olmuşdur. 29 iyul 2010-cu il tarixində YUNESKO- nun Baş Direktoru xanım İrina Bokova YUNESKO üzrə AR Milli Komissiyasının üzvləri ilə görüşmüşdür.  30 iyul 2010-cu il tarixdə YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Qəbələdə İkinci Muğam Festivalının rəsmi açılışında iştirak etmiş, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı Qızıl Motsart medalı ilə təltif etmişdir. Səfər çərçivəsində xanım İ.Bokova Şəki şəhərinə səfər etmişdir.

 

29-31 may 2013-cü il - İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə YUNESKO-nun Baş Direktoru İrina Bokova ölkəmizə səfər etmişdir. Baş Direktor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva tərəfindən qəbul edilmişdir. Eyni zamanda, tədbir çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşlər keçirilmişdir.

 

16-18 may 2015-ci il - YUNESKO-nun Baş Direktoru İrina Bokova Üçüncü ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən qəbul edilmiş,  Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimində iştirak etmiş, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərdə, eləcə də Xalça muzeyini ziyarət etmişdir. 

 

4-6 may 2017-ci il - YUNESKO-nun Baş Direktoru İrina Bokova Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən qəbul edilmiş,  Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşündə,  “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüşdə, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə görüşdə iştirak etmişdir.